“Yaxşı ki, ayrıldım, yoxsa sevilmək nədir yaşamayacaqdım”backend

“Yaxşı ki, ayrıldım, yoxsa sevilmək nədir yaşamayacaqdım”

Universiteti bitirdim və ailə qurdum. 12 il keçib həmin hadisədən. Hər kəsin xoşbəxt həyatı var. Həyatımın həmin ərəfəsi bağlanmış seyfdir, üstündə hörümçək tor salıb.

Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva “Həyat, sevgi və göz yaşları” proqramında deyib. Aktyor Hüseyn Əlili ilə ailə həyatı uğursuz olan sənətçi bunla bağlı danışmaq istəməyib.

O, aparıcının “Ailənin dağılmasının səbəbi dost vəfasızlığı, yoldaş etibarsızlığı, qayınana müdaxiləsi, yoxsa övlad yoxluğu oldu” sözlərinə belə reaksiya verib:

“Nə oldusa, yaxşı ki oldu. Allah bizə sınaqlar verir. Bəzən deyirik ki, niyə belə oldu? Mən isə deyirəm ki, Allah, bunu verdin, güc də ver sınaqdan çıxım. Nə yaxşı da elə oldu, yoxsa indiki Ülviyyə olmazdı. Həmin vaxt uşaq idim. Orada qalsaydım, bügünkü xoşbəxtliyim olmayacaqdı. Qadın kimi xoşbəxt olmayacaqdım.

Eybi yox, insan səhvlər edir. Həyat davam edir. Nə yaxşı ki, oldu. O olmasaydı bu gün indiki həyatımda olan insanla tanış olmayacaqdım. Sevilmək nədir, qadına dəyər vermək və mehriban ailə nədir yaşamayacaqdım. Yaşadıqlarımdan sonra yıxılmağa ixtiyarım yox idi. Valideynlərim var idi, sınmamalı idim”.

İkinci dəfə ailə həyatı quran aktrisa artıq neçə aydır həyat yoldaşını görmədiyini etiraf edib:

“Xoşbəxtlik üçün hörmət, anlayış və sevgi olmalıdır. Bunlar mənim ailəmdə var. Yaxşı ki, çətinliklər yaşadım, indikinin qədrini bilirəm. İnsanın xoşbəxtlikdən gözünün içi necə gülür gördüm. Yoldaşım Rusiya vətəndaşıdır. Pandemiyaya görə görüşə bilmirik. Ancaq görüntülü danışırıq. Nifrət edirəm bu koronavirusa. Elə bil ki, nişanlılıq dövrümü yenidən yaşayıram”.

  •  (2)
  •  (2)