Məşhur model Jenna Bentley 14-dən çox plastik əməliyyat keçirib.
Hokm.az xarici mediaya istinadən xəbər verir ki, bu əməliyyatlar üçün ümumilikdə 1 milyon dollar ödədiyini deyən Bentley özünü estetika asılısı olaraq qeyd edib.
İlk əməliyyatını 18 yaşında keçirdiyini söyləyən Bentley “Bu günə qədər baş verən ən pis şey ilk burun əməliyyatımdan sonra olub. Yatarkən tikişlərim açılıb. Ayılanda ağzımda və boğazımda qan var idi. Nəfəs ala bilmədim”-deyib.
Niyə bu qədər çox estetik əməliyyat keçirdiyi sualına isə model belə cavab verib: “Həmyaşıdlarım məni “çirkin ördək balası” adlandıraraq ələ salırdılar və mən də buna dözməyib əməliyyat etdirdim”.
Qeyd edək ki, məşhur model estetik əməliyyatların onun model kariyerasına da müsbət təsir etdiyini vurğulayıb.azxeber.com