“Ya öləcəkdik, ya da didərgin düşəcəkdik” – FOTObackend

“Ya öləcəkdik, ya da didərgin düşəcəkdik” – FOTO

Müğənni Günay İbrahimli bir neçə gün öncə işğaldan azad olunan Füzuli şəhəri ilə bağlı xatirələrini yazıb.

Hokm.az mediapost-a istinadla xəbər verir ki, sənətçi işğal zamanı babasının əsir düşdüyünü açıqlayıb:

“O illəri bir gün olsun belə unutmadım… İsti ocağımdan, yurdumdan, yuvamdan qaçdım. Ya öləcəkdik, ya da didərgin düşəcəkdik. Yaşaya bilmədiyim uşaqlığım, gözüyaşlı xatirələrim var mənim…

Babam əsir düşdü. Ailəmin çətin günləri dünən kimi yadımdadır. Elim-obam, yurdum, evim alındı əlimdən. Keçmişimi heç vaxt danmadım. Əksinə, o illərin ağrı acısını görmüş, uşaqlıq illəri əlindən alınmış, torpağından qovulmuş bir ailənin övladı olduğum üçün qürurluyam.

Bu günü gözləyirdim. Bu anı arzu edirdim. Bizim kimi evindən qaçan hər bir Füzuli balası, bu gün o gündür! Babam… babalar, nənələr, itkin düşmüş atalar, şəhidlər, qaçqınlar, qisasınız alındı! Biz Füzuliyə gedirik! Bu sevinci bizə yaşatdığınıza görə Cənab Prezident İlham Əliyev, Sizə və ordumuza sonsuz təşəkkür edirəm!”.

G.İbrahimli Füzulidə çəkilmiş uşaqlıq fotolarını da izləyiciləri ilə bölüşüb.

 

  •  (0)
  •  (0)