Xalq artisti Xumar Qədimova “Özəl” verlişində qonaq olub. Porqramda sənətçi ilə bağlı 10 fakt təqdim olunub.
Hokm.az sherg.az-a istinadən xəbər verir ki, onun gitarada ifa etdiyi məlum olub:
“Xumar xanım mahnılarını əsasən gecə saatlarında yazır. “Bir də gəlməyəcək sənin tək qadın” mahnısını özünə həsr edib. “Can nənə bir nağıl de” ən sevdiyi şeirdir. Dünəni bu gündən gözəl hesab edir. Xəyanət gördüyü zaman sevgisi bitir.
Doğum gününü qeyd etməyi sevmir. Tezliklə Ququşun repertuarına müraciət edəcək. Sənət dünyasında özünə yaxın bildiyi kimsə yoxdur. Ayrılıq mahnısına görə maşın hədiyyə olunub”.