Əməkdar artist Xəyyam Nisanov “Üzə-düz” verilişində qonaq olub.
Hokm.az xəbər verir ki, sənətçi veriliş zamanı atasının ölümündən danışıb:
“12 yaşımda atamı itirmişəm, demək olar atasız böyümüşəm. Anam mənə qürurlu, güclü olmağı, başımı uca tutmağı öyrədib. Tamaşaçılar məni güclü görürsə, bunun da səbəbkarı anamdır. İllərlə bərkidim. Atam dostu ilə Qubaya yas yerinə gedirdi, qəzada dünyasını dəyişib. O hadisədən bir neçə ay öncə biz bir ay Amerikaya getdik ailəlikcə, ordanda Türkiyəyə qayıdıb istirahət etdik. Sən demə, bu bizim son birgə istirahətimiz imiş. Yaxşı yadımdadır ki, atamın qəzaya düşməsi 1-ci gün baş vermişdi. Bazar günü gəldi işdən dedim ki, biz sabah dərsə gedəcəyik. Dedi ki, təəssüf ki, yox. Mənim pul qabım var idi ora hər gün pul atırdı. Həmin gün 10 qat çox pul atdı. Dedim ki, niyə bu qədər çox? Anam da dedi ki, neynir o qədər pulu, uşaqdır. Atam dedi ki, qoy olsun, o ona lazım olacaq. Bu heç vaxt mənim yadımdan çıxmaz. Onunla qucaqlaşıb yatmağa getdim, gecə saat 1 idi təxminən. Səhər 9-da evdən çıxdı. 11-də Qubaya çatanda belə bir xəbər aldıq. Ayda 2-3 dəfə onun məzarını ziyarət edirəm. Həyatımda olan bütün hadisələri onunla bölüşürəm. Yeganə insandır ki, onunla virtual olaraq danışıram. Inanıram ki, o mənim səsimi eşidir. Üstümdə olduğunu bilirəm. Çünki insan rəhmətə gedir o an ki, nə zaman onun xatirəsi itir. 26-27 ildir mən 1 gün də hiss etməmişəm ki, o yanımda yoxdur! Əminəm ki, o mənim uğurlarıma sevinir!”big.az