Sakit dururam, o demək deyil ki, kimsə mənim barəmdə artıq əskik yazsın. Ağzımı açmayım, mən kimsə deyiləm çıxım ağzıma gələni danışım, şər-böhtan atım, özümü yaxşı göstərim.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri bir neçə gündür boşanma xəbəri ilə gündəmdən düşməyən, bloqqer Aysel Şükürova ilə ailəli olan Oqtay Əhmədov sosial şəbəkədə yazıb. O, ayrıldığı həyat yoldaşının xəyanət ittihamlarının yalan olduğunu bildirib.
Oqtay daha sonra İnstaqram-da canlı yayıma girərək, ona boşanması haqda ünvanlanan sualları cavablandırıb. O, bunu şayiə adlandıranlara sərt reaksiya verib:
“Nə şayiə? Bu qədər xəbər yayıldı, yazıldı, şayiə olacaq? Hər şey düzdür. Ayselə xəyanət etməmişəm. Əksini deyən varsa, çıxsın qarşıma”.
Oktay onu da bildirib ki, boşanma prosesi iki gün sonra başa çatacaq. Oktay ayrıldıqdan sonra sinəsinə yazdırdığı Aysel adını da silib.
O, tatunun üstünə başqa bir şəkil döymə etdirib.
Qeyd edək ki, 400 minlik toy xəbərləri ilə gündəmə gələn Aysel və Oqtay 2017-ci ildə ailə qurublar. Onların əkiz oğulları dünyaya gəlib.