Xatirə İslam Zaur Kamala cavab verdi: “İndiyə qədər istədiyini biabır edib, alçaltmısan…”backend

Xatirə İslam Zaur Kamala cavab verdi: “İndiyə qədər istədiyini biabır edib, alçaltmısan…”

“Bu mənim iş prinsipimdir. Qərarımı vermişəm. Mənəaur Kamalı qonorar verilib-verilməyəcəyini isə həyat göstərəcək. Mən deyirəm veriləcək, siz deyirsiz yox. İnkişaf etmiş ölkəyik, dünya necə, biz də elə. Müğənnilər birlik göstərsə, yaxşı olacaq”.

Hokm.az “axşam.az”a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam efirə çıxmaq üçün telekanallardan pul tələb etməsi ilə bağlı yaydığı videosunda deyib.

O, teleaparıcı Zaur Kamalın haqqında səsləndirdiyi fikirlərə də cavab verib:

“Zaur Kamal deyir ki, bircə dəfə efirə dəvət etmişik, onda da deyib arıqlayım gələrəm. Düzdür, efirdə daha kök görünürəm. Zaur, amma bir dəfə yox, dəfələrlə çağırmısan. Sənin əməkdaşların hər gün mənə zəng edir. Soruş onlardan, bəlkə sənə demirlər. Deyirsən, qonorar verilsə, telekanal da müğənnidən istədiyi kimi istifadə edəcək. Necə? Nə mənada və nə məqsədlə demisən? Bilirəm, pis mənada deməzsən, amma yaxşı mənası da yoxdur. Müğənni demir ki, mənə qonorar ödə, ağzına gələni de.

Müğənni oxuduğu məhsula, çəkdiyi əziyyətə görə pul istəyir. İndiyənə qədər istədiyini alçaldıb, biabır etmisən. Nə gəldi danışmısan. İndi gör onlara nə qədər borcun var. Onları qonorar ödəmədən etmisən. Dost demişəm sənə, amma…

Səndən soruşanda Xatirə efirə çıxmağa pul istəyir, deyərdin, Xatirəyə pul qurbandır. Məni tanıyırsan, bilirsən necə insanam. Müğənniyə dəyər verilməlidir. Hər verilişin 10-15 sponsoru var. Onlar ayda 20-30 min pul ödəyir. Ayda bir veriliş kanala 200-300 min pul gətirir. Ola bilər bu sözlərdən sonra kanal rəhbərlərinin məndən zəhləsi gedəcək, amma həqiqəti deyirəm”.

  •  (1)
  •  (1)