İkinci dəfə ailə quran klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilk evliliyindən olan övladlarını görə bilmir.
Hokm.az-ın məlumatına görə, ifaçı bu barədə “ATV maqazin onlarla” verilişində danışıb:
“Birinci evliliyimdən ayrılmaq qərarı mənim istəyimlə olmayıb. Məni məcbur edib ora aparıblar ki, sənədləri imzala. İki övladım var. Onları görməyə çətinlik çəkirəm. Hər gün yanlarına gedərdim. Amma anaları uşaqların telefonunda məni “qara siyahı”ya atıblar. İstəmədim ki, uşağı mənə qarşı silah kimi istifadə etsinlər. Hər zaman istəyəm ki, övladlarım yanımda olsun. İnanıram ki, övladlarım böyüyəndə hər şeyi yaxşı başa düşəcək. Uşaqlarımın gələcəyi üçün onlara ev, maşın hədiyyə etmişəm.
Nədən boşandım? Bu barədə danışmaq istəmirəm. Danışdıqca, pis oluram. İndi-indi özümə gəlirəm. Bunu məndən bir neçə ay əvvəl soruşsaydınız, ağlayardım”.
H.Məhəmmdəoğlu aktrisa Aysel İbrahimovayla olan ikinci evliliyindən də söz açıb: “Mən ailəni dağıtmamışam ki, ailə qurum. Bir neçə müddət keçəndən sonra ailə qurmuşam. Bu normaldır. Əsas odur ki, indi xoşbəxt olmağın nə olduğunu bildim. Aysel xanım da söz verib ki, vaxtının əsas hissəsini ailəyə ayıracaq”.