Tanınmış aparıcı Vüsalə Əlizadə üz görünüşündə dəyişiklik edib.
Hokm.az xəbər verir ki, şəxsi “Instagram” hesabında paylaşım edən aparıcı bu günə qədər heç vaxt estetik əməliyyat etdirmədiyini bildirib:
“Çox şükür Allahıma, verdiklərinə və aldıqlarına… Heç vaxt estetik əməliyyata ehtiyacım olmayıb, olsaydı edərdim, pis baxmıram. Bu vaxta kimi üzümdə heç bir botoks, dolğu olmayıb, çox qorxmuşam. Qorxulardan qurtulmaq üçün həkim-kosmetoloqu düzgün seçmək önəmlidir, gözəlliyinizi həvalə edəcəyiniz insan da zövqlü olmalıdır! Zatən mən hər zaman hər işdə peşəkarları seçirəm. Çox götür-qoydan sonra nəhayət kiçicik müdaxilələr etdim”.