“Koronaya yoluxduğum ilk vaxtlar mənə salam vermirdilər. Mən gələndə üzlərini çevirirdilər. Bəli, bu bəlaya biz də düçar olduq”.
Hokm.az olay-a istinadən xəbər verir ki, bu sözləri “Onda görüşək” proqramında Xalq artisti Nəzakət Teymurova deyib. O, koronavirusa yoluxduğu zamanlardan danışıb:
“Mən müalicəni bir az gecikdirmişdim. Onu da qeyd edim ki, müalicəmi Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü. Ümumiyyətlə bizim səhiyyəmiz çox inkişaf edib, hər kəsə eyni qayğı göstərilirdi. O vaxtlarda elə sizin kanalda bir layihə var idi. Ora gedib-gəlirdim. Bunu bilmək olmur ki, kimdən yoluxursan. İndi vaksin vururlar, tədbir görürlər ki, insanlar yoluxmasın. Çalışaq, özümüzü qoruyaq”.