“İstiqanlı insan olmamışam. Fəxri ad alan elə sənət dostlarım var ki, heç onlara zəng etməmişəm. Bir həftə, bir ay sonra görüşəndə təbrik etmişəm. Həmin adama onu etməmişəmsə, niyə umum? İlk mənə Ayaz Qasımov təbrik etdi”.
Hokm,az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elton Hüseynəliyev “Səhər mərkəzi” proqramında deyib. Sənətçi fəxri ad alması haqda danışıb. Müğənni həmin gün ona zəng edən və təbrik etməyən həmkarlarından danışıb.
Ailəsindən bəhs edən Elton “Onların sevgisinə heç tam layiq deyiləm. Soyuq insanam, diqqətsizliklərim olur. Vəfasızlığım olur. Amma sadiqlik, mətinlik, dönməzlik var. Ailədən başlayaraq, dostlarıma qədər hamısı mənə Allahın nemətidir” sözlərini əlavə edib.