Kiminin uşaqlığının, kiminin gəncliyinin musiqi çərpələngi… Çağdaş Azərbaycan musiqisində özünəməxsus imzası olan müğənnimizdən danışırıq… Bir var, Xumar Qədimova…
Xumar İttifaq qızı Qədimova 1966-cı il, aprelin 26-da Qazaxda anadan olub. Ailədə ən ərköyün və həssas olan Xumar qarayanız, arıq qız olub. Özündən böyük bacılarına qarşı inanılmaz bağlılığı varmış. Bacısı Matan müsahibələrinin birində bu haqda deyir:
“Evdəkilərə bağlı olub. Ortada dayanıb, bir-bir uşaqların üzünə baxıb icazə istəyirmiş ki, hansı ilə birlikdə yatsın. Tək yox, evdəkilərlə, xüsusən də, anamla yatmağı istəyirmiş. Amma anam icazə verməzmiş, deyərmiş, öz yerində yat. Xumar da bir-bir hamıdan soruşarmış ki, olar, səninlə yatım? Daha çox böyük bacım Xumara razılıq verərmiş. O, kök, Xumar isə çox arıq qız imiş. Böyük bacıma həddindən artıq kök olduğu üçün “gonbul” deyirmişlər, Xumarın da acığı tuturmuş ki, niyə ona elə deyirsiniz? Böyük bacım yuxuda çevriləndə, Xumar yerə yıxılırmış. Hətta səhərə qədər də yerdə yatdığı olurmuş. Anam da gəlib oyadırmış, bax, öz yerin var, gül kimi, nədir gəlirsən onun yanına, o da sənə belə edir? Ortancıl bacım Xumarı çox döyürdü, çox vaxt da haqsız olurdu. Böyük bacım onu müdafiə edirdi.
“İndi daimi ailə həyatımın olmasını istəməzdim. Ərə ona görə getdim ki, qanunlara boyun əyməyə məcbur olmuşam. Toy günümü heç vaxt xoş xatırlamamışam. Tələbəliyim çox gözəl olub. Universitetdə də həmişə fərqlənmişəm. Yadıma gəlir, universitetdə müəllimimə vurulmuşdum. Tanınmışdır, amma adını deməyəcəyəm. O da mənə vurulmuşdu. Təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi. Hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. O, yaşca məndən çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım. Vallah, bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim”.
Xumar Qədimova ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda adminstrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda işləyib.
Xumar Qədimova 1997-ci ildə yaradıcılığına başlayıb. O, bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib. Daha çox “Gələcəyəm”, “Ayrılıq”, “Döz”, “Bu məhəbbət yalan deyil”, “Bilmirsən, qədrimi bilmə”, “Dilbərim”, “Ruhunla yaşayacağam”, “Miyana gözlər”, “Qəmərim”, “Gəl, inad etmə”, “Dustaq bir də sevər oldu”, “Yalan deyil” kimi mahnılarla sevilib.
Xumar Qədimova Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərinə mahnı bəstələyib və ifa edib. Ən çox sevdiyi şairlər Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nazim Hikmətdir. Nazim Hikmət və Yunus Əmrənin şeirlərinə də mahnılar bəstələyib.
Onun bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.
2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən möhtəşəm TİM konsert sarayında “Bir Can Turkiyə-Azərbaycan” adlı solo konsertlə çıxış edib.
“Evdəkilərə bağlı olub. Ortada dayanıb, bir-bir uşaqların üzünə baxıb icazə istəyirmiş ki, hansı ilə birlikdə yatsın. Tək yox, evdəkilərlə, xüsusən də, anamla yatmağı istəyirmiş. Amma anam icazə verməzmiş, deyərmiş, öz yerində yat. Xumar da bir-bir hamıdan soruşarmış ki, olar, səninlə yatım? Daha çox böyük bacım Xumara razılıq verərmiş. O, kök, Xumar isə çox arıq qız imiş. Böyük bacıma həddindən artıq kök olduğu üçün “gonbul” deyirmişlər, Xumarın da acığı tuturmuş ki, niyə ona elə deyirsiniz? Böyük bacım yuxuda çevriləndə, Xumar yerə yıxılırmış. Hətta səhərə qədər də yerdə yatdığı olurmuş. Anam da gəlib oyadırmış, bax, öz yerin var, gül kimi, nədir gəlirsən onun yanına, o da sənə belə edir? Ortancıl bacım Xumarı çox döyürdü, çox vaxt da haqsız olurdu. Böyük bacım onu müdafiə edirdi.
“Mən məzarlığa ölməmək üçün getmirəm. Vallah, mən qəbiristanlığa gedə bilmirəm, ora getsəm ölərəm. Axı mən yaşamalıyam. Mən məni sevənlərə lazımam, mən balama lazımam. Adamlar tanıyıram ki, valideyn qədri, qayğısı bilməyib. Amma öləndən sonra onun ad günlərində aş dəmləyib, ziyarətə gedirlər. Bütün bunlar necə də saxta gəlir mənə. Əgər atam sağ olsaydı, mən ona mahnılarımın hamısını ifa edərdim. Atam isə ən çox “Yandım, elə yandım” mahnısını sevirdi”.
Hazırda oğlu və bacısı Matanla birgə yaşayan müğənni gününün böyük hissəsini bacısı ilə birgə keçirir. Əməkdar artistin musiqi repertuarını da bacısı müəyyənləşdirir.
Müğənni 3 mart, 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
Xumar Qədimova son illər Azərbaycan musiqisinin ən fərqli səsə və tərzə malik müəğnnisi kimi qəlblərə yol tapdı. O, təkcə sənət tərzi deyil, danışığı, davranışı, ədası ilə də bir Xumar tərz yaratmağı bacarıb. Bu da hər sənət adamının nbacardığı iş deyil. Müğənniyə sağlıq və uğur arzulayırıq…oxu24.com