“Nə mənası var boş-boş efirlərə çıxmağın? Camaat pul qazanacaq mənim danışmağımdan, yol pulu xərclə, makiyaja pul tök nəyimə lazımdır?”
Bu sözləri jurnalist Ülviyyə Alovlu canlı yayımda deyib:
“Bir normal veriliş var ki, gedim çıxım o verilişə? Qonaqlar hamısı eyni… Qonaqları ya söymək üçün, ya da soymaq üçün efirə çağırırlar. Özünə hörmət edənləri efirdə görmürəm, çıxırlarsa da məcburiyyətdən çıxırlar. Harda ciddi söhbət olurdu, Xoşqədəm onları efirə vermirdi. O verilişdə ki, mən Roza kimilərlə ekspert kimi eyni oturacağamsa neynirəm o verilişi?!
Müğənni kimdir ki, ekspert olaraq orda otursun camaata namusdan – qeyrətdən dərs keçsin. Müğənninin işi oxumaqdır. O müğənni gəlir oturur millətə namusdan qeyrətdən dərs keçirsə, günah onun özündədir. Çünki sənəti yoxdur. Sənəti olsa ancaq sənətdən danışar. Mən onlarla necə otura bilərəm? O adamların şəxsi həyatın beş barmağım kimi bilirəm”. /big.az