Türkiyəyə köçən azərbaycanlı aparıcı İlahə Nizamiqızının başına iş gəlib.
Hokm.az Milli.Az-a istinadən bildirir ki, aparıcı Türkiyədə mağazaların birindən alış-veriş edərkən çantasından pul qabısı oğurlanıb. Bu haqda İlahənin özü açıqlama yayıb: “Türkiyədə alış-veriş mərkəzlərinin birində olarkən çantamın ağzı açıq olub.
Mənim də xəbərim olmayıb. Üç əcnəbi xanım idi. Biri məndən söz soruşdu. Digəri isə ehmalca çantamdan pul qabımı oğurlayıb. Pul qabının içində şəxsiyyət vəsiqəm, xeyli miqdarda pul və bank kartlarım var idi. Mağazanın kameralarını açdırdım və hər şeyi gördüm.
Hazırda heç kefim yoxdur və məyus haldayam”.