Türkiyəyə istirahətə gedən tanınmış müğənni Çinarə Məlikzadənin koronavirus testi pozitiv çıxıb.
Bu haqda azxeber.com-a müğənni özü məlumat verib.
O bildirib ki, Türkiyənin Marmaris şəhərinə istirahətə yollanıb və orada koronavirusa yoluxub: “İyun ayının 28-i istirahət üçün Marmarisə gəldim, ayın 5-i Bakıya dönməli idim. Uçuşa 1 gün qala koronavirus testi verdim və testin nəticəsi pozitiv çıxdı. Bu səbəbdən də 8 gündür ki, oteldə karantindəyəm”.
Müğənni özünü yaxşı hiss etdiyini deyib: “Pozitiv çıxandan sonra 2 dəfə test vermişəm və nəticə neqativ olub. Özümü yaxşı hiss edirəm. Ancaq Türkiyə qanunlarına görə hələ bir neçə gün də karantində qalmalıyam. Bu gün yenidən test götürəcəklər”.