Türkiyəli məşhur müğənni Cem Belevi ilə evlənməyə hazırlaşan aktrisa Zəhra Yılmaz Azərbaycandakı müharibəyə görə toylarını təxirə salıblar.
Hokm.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə aktrisa özü bildirib.
“Anam və atam Bakıda yaşayır. Azərbaycanda müharibə olduğu üçün toy etməyimiz düzgün deyil. Eyni zamanda, pandemiya da davam edir. Buna görə də, toyu təxirə saldıq”, – deyə Z.Yılmaz qeyd edib.