Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır.
Norveçdə doğulan həmvətənimiz Şervin Nəcəfpurun Türkiyənin turizm paytaxtı sayılan Antalya şəhərində rəqəmsal moda nümayişi həyata keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, “Antalya Fashion Week Digital 2021”-də Azərbaycanın şərəfli tarixi qələbəsinə və Qarabağın azad edilməsinə həsr olunmuş “Böyük Qayıdış” (The Great Return) adlı kolleksiya təqdim edilib.
Kolleksiya özündə bir sıra anlamlı mesajlar daşıyır. Ümumilikdə tarixi zəfərimiz noyabr ayında qazanıldığı üçün yeni kolleksiya ancaq 11 geyimdən ibarət olub. Kolleksiyanın təqdimatı isə 8 rəqəminin istifadəsi ilə Şuşanın azad edildiyi günü, əbədilik və zəfər bayramımızı özündə əks etdirir.
Yeni kolleksiyanın digər özəlliyi isə seçilən rənglərin “Xaribülbül” rəsmlərinin və aksesuarlarının da yer aldığı libaslardan ibarət olmasıdır. Əl ilə işlənmiş aksesuarlar isə azərbaycanlı usta Nigar Nəsibli tərəfindən xüsusi olaraq bu kolleksiya üçün hazırlanıb.
Kolleksiyanın nümayişi Döşəməaltı Bələdiyyəsinin dəstəyi ilə 13-cü yüzilliyə aid olan Evdir Xanda, Xalı Tarlası adlanan məkanda aparılıb. Bu məkanın seçilməsi Şirvanşahlar sarayı ilə əlaqəli olan tarixi bağlara dayanır. Videoçarxda nümayiş olunan pankartlarda “Azərbaycan, Türkiyə – İki dövlət, tək millət”, “Mən Qarabağ ulduzuyam”, “Böyük Qayıdış̧”, “Sevgilim, səni Cıdır düzündə, Şuşada gözləyirəm”, “Sevginin gücü̈ bizi Xudafərin körpüsündə birləşdirəcək” kimi mesajlar verilib.
Kolleksiya Azərbaycan Diasporuna Dəstək Fondu və Türkiyənin Döşəməaltı Bələdiyyəsinin maliyyə dəstəyi ilə Antalya Rəqəmsal Moda Həftəsi çərçivəsində nümayiş̧ olunub.