Tolik OD PÜSKÜRDÜ: “Nə OYUNDAN çıxdığını BİLİRƏM”backend

Tolik OD PÜSKÜRDÜ: “Nə OYUNDAN çıxdığını BİLİRƏM”

Prodüser Tarix (Tolik) Əliyev ARB kanalına qısa şortikdə çıxan müğənni Mina Hüseyni tənqid edənlərə cavab verib.

Hokm.az Pravda.az-a istinadən xəbər verir ki, Tarix Əliyev gənc ifaçının müdafiəsinə qalxıb: “18 ildir ki, prodüserəm və bəzi verilişlərin reytinq naminə nə oyundan çıxdığını bilirəm. Bu da “Soy” prodakşının növbəti oyunu. Yazıq Mina Hüseyni verilişə qonaq çağırıblar və deyiblər ki, şortik geyinərsən, o da şortik geyinib gəlib.

Verilişi qaldırmaq üçün bu nə oyundur? Səhər-səhər Zöhrə Abdullayevaya zəng edirlər. Biz bilirik ki, efirə kimlər baxır, kimlər qoşulur. Qınamıram heç olmasa belə reytinq versin, gündəm olsun. Amma Mina Hüseyni kim qınayırsa, getsin başını divara vursun. Yazıq qızın günahı yoxdur”.

  •  (0)
  •  (0)