“O qədər ailə qurmaq istəyən insanlar var ki… Amma hamı şəkil çəkdirib bizim kimi evlənir. İnşallah, tezliklə bu pandemiya bitər və hamı istədiyi kimi övladına toy edər”.
Hokm.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva “Xəbər-ətər” proqramında deyib. Sənətçi bildirib ki, pandemiya onun həyat tərzini dəyişib:
“Pandemiya bizə nələr etdirdi. Təki o gün tez gəlsin, mən də toy edəcəm. Görün bizə bu durum nə qədər çətindir. Əvvəl heç evdə olmurduq. Məhəbbət olmayanda heç nə olmur. Məhəbbət olanda insan yaşamaq istəyir, həyat onun üçün daha gözəl olur”.
Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ötən il ailə qurub. /Axşam.az