Müğənni Əli Mirəliyev “Onun sirri” proqramında qonaq olarkən illər əvvəl başına gələn bir hadisədən danışıb.
Hokm.az sherg.az-a istinadən xəbər verir ki, o söylədikləri ilə izləyiciləri təəccübləndirib. Ə.Mirəliyev məlum olayın futbol meydançasında baş verdiyini deyib:
“Azarkeş kimi oturmuşdum. Futbolçuya pərəstiş edirdim, ona görə qışqırırdım. Həm də yaşım az olardı, uşaq idim. İki nəfər də mənə qanlı-qanlı baxırdı. Onların baxışı çox baha-başa gəldi. Tramvaya minib evə qayıdırdım. Düşəndə ayağımdan bıçaqladılar. Özü də tanınmış adamdır. Sonradan məşhurlaşdı. Heç onun adını çəkmək istəmirəm”.