Türkiyəli müğənni Seda Sayan oğluna aldığı bahalı hədiyyə ilə gündəmə gəlib.
Hokm.az xəbər verir ki, sənətçi yeganə övladı Oğulcan Enginə lüks malikanə alıb.
Seda oğlu üçün aldığı bahalı evə 30 milyon lirə (təxminən 4 milyon 122 min AZN) pul xərcləyib.
300 kvadratmetr sahəsi olan malikanə İstanbulun Nişantaşı səmtində yerləşir.
Xatırladaq ki, Oğulcan hazırda aktrisa Miray Danerlə sevgilidir.