“Aparıcı deyir ki, siz niyə “Rolls Royce” sürürsən? Sənin düşmən xalqının musiqiçisiyəm? Öz xalqının musiqiçisiyəm. Gəl çıxaq şəhərə, xarici ölkəyə görək səni çox tanıyırlar, yoxsa bizi? Görək sənə hörmət qoyurlar, yoxsa bizə?”.
Hokm.az xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov “Dünya TV”də qonaq olarkən deyib. Bir müddət əvvəl prodüser Tarix Əliyevin (Tolik) “Tarixin bir günü” verilişində qalmaqal yaşayan müğənni həmin hadisədən danışıb. O, ad çəkmədən Tolikin ünvanına sərt sözlər deyib:
“Bəs, özün sürdüyün “Porsche”dən, “Gelandewagen”dən niyə danışmırsan? Aparıcılıqla onu almaq imkanın var? Elə şeylərdə diqqətli olmalısan. O da bilirsiz niyə elədir? Mən Cavanşir Məmmədovu, Firuzə İbadovanı vurum ki, yeni gələn nəsil məndən qorxsun. Atalar deyir ki, quyunu gen qaz, özün də düşə bilərsən. Elə faktlar var ki, səni qupquru qurudaram. Otur yerində sakit.
Sənin borcundur 50, 40 ilin sənətkarın hörmətini saxlayasan. Necə olur, sənin dörd yerdə evin var, Firuzə xanımın 1 yerdə. Gətir evinin birini ver Firuzə xanıma. Axı götürməz, Firuzə xanım dövlətdən verilən evi götürər”.
Qeyd edək ki, Əməkdar artist Firuzə İbadova evinin şəraitsiz olduğunu demiş və söz-söhbətə səbəb olmuşdu. Tolik ifaçıları proqramına dəvət edən zaman C.Məmmədova sərt sözlər deyib, onun bahalı maşın sürdüyünü, ancaq F.İbadovanın imkansız olduğunu tənqid etmişdi.Pravda.az