“Ötən il martın 5-dən depressiyaya düşdüm. Çox pis idim. Stressdən saçlarım töküldü, yarısı getdi. Bu günə qədər saçıma görə müalicə alıram. Qorxdum, özümə və ailəmə görə. Son vaxtlar yaxın dostlarımızın ailəsində də üzücü xəbərlər gəldi. Müharibə, şəhidlər, onların ailəsinə görə də pis oluram. Həqiqətən hazırda da depressiya yaşayıram. İnstaqramda isə çalışırıq onları göstərməyək, pozitiv görünək”.
Hokm.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova “Xəbər-ətər” proqramında deyib. Sənətçi karantin günlərində depressiyaya düşdüyünü söyləyib.
Oksana həmkarı Fatimə Fətəliyeva ilə barışmasından da bəhs edib:
“Pandemiyada bəzi insanlar həyatımızdan uzaqlaşdı, bəzisi yaxınlaşdı. “Maşın” şouda olan zaman mənə qarşı haqsızlıq oldu. Dörd kişi üstümə düşüb, məni təklədilər. Onda Fatimə gəlib mənə dəstək durdu. Filmimlə bağlı gözəl paylaşım etdi, qala gecəmə gəldi. Niyə də barışmayaq.
Ondan əvvəl aramızda yaxşı hallar yaşanmayıb. Haqqımda pis açıqlamalar vermişdi. Övladla bağlı xoşagəlməz danışdı. Mənə pis təsir etdi. Sənət rəqabəti olar, şəxsi həyat yox. Hərənin öz həyatı var. Kim neçə dəfə ərdə oldu, uşağı yoxdu… Necə deyə bilərsən məndə filan şey var, səndə yox… Ondan sonra Fatimə peşman oldu”.