Şri-Lankada keçirilən gözəllik yarışmasında mübahisə yaşanıb.
Hokm.az Unikal.org-a istinadən xəbər verir ki, “Miss Şri-Lanka” gözəli seçilən Puşpika De Silvanın tacı əlindən alınıb.
2019-cu ildə yarışmada qalib olan Kerolayn Curi səhnəyə çıxaraq, onun tacını başından götürüb. O bildirib ki, Silva ailəli olub. Yarışmanın qaydalarına görə ailə quran, boşanan qızlar birinci seçilə bilməz. “Mrs Sri Lanka World”un direktoru Çandimal Cayasunqhe bildirib ki, tac Silvaya geri qaytarılacaq.