Soydaşlarımız Ukraynaya dəstək oldular – FOTOLARbackend

Soydaşlarımız Ukraynaya dəstək oldular – FOTOLAR

Xarı-Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assossiyasiyası Ukraynada baş verən müharibə ilə əlaqədar Polşa Respublikası ərazisinə keçən soydaşlarımıza dəstək kampaniyasının başlatmışdır. Polşanın Krakov şəhərində fəaliyyət göstərən Xarı-Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assossiyasiyası gəncləri öz vəsaitləri, Krakov şəhərində yaşayan həmvətənlilərimizin ianələri və azərbaycanlı iş adamlarının dəstəyi hesabına 380 nəfərdən çox soydaşımızı qalmağa yer, qida və transport xidmətləri ilə təmin etmişdir. Assossiyasiyanın sədri Muxtar Şeyxzamanlı, sədr müavini Elmir Qocayev, İdarə heyyətinin üzvləri Müşviq İbrahimov, Ülkər Əzizova, Fərəh Ağazadə, Rəşad Nəsirov, Mütalib Qədirov, aktiv üzvlər Cahan Bayramova, Kənan Abdullayev, Şəms Təhməzli, Fəxriyyə Hüseynova və Krakovda yaşayan azərbaycanlı ailələr Ukraynadan gələn soydaşlarımızı hətta öz evlərində qonaq etmiş və təxliyyə prosesi baş tutana qədər bütün maddi ehtiyyaclarını təmin etmişdirlər. Krakovda fəaliyyət göstərən azərbaycanlı sahibkar Rufan Səfərov öz restoranında soydaşlarımız üçün təmənnasız şəkildə qidalanma imkanları yaratmışdır. Kordinasiya və yerləşdirmə prosesində Krakovun azərbaycanlı icmasından Saleh Sabili, Yasin Həsənov, Əli Zeynallı və digər könüllü fəaliyyət göstərən gənclər yüksək səviyyədə iştirak etmişdir.
Assossiyasiya olaraq dəfələrlə sərhəddə gedib azərbaycanlı ailələri Krakov şəhərinə gətirmişik. Təxliyyə ilə bağlı Azərbaycan Respublikasının Polşa Respublikasında yerləşən səfirliyi ilə daimi əlaqə saxlayır və bunun üçün siyahılar hazırlayırıq.

 

  •  (6)
  •  (2)