Xəbər verdiyimiz kimi ötən gün əməkdar artist Baloğlan Əşrəfov dünyasını dəyişib.
Hokm.az xəbər verir ki, hər kəs kimi mərhumun sənət yoldaşları da bu xəbərdən çox üzülərək onunla bağlı paylaşımlar ediblər. Nadir Qafarzadə də sosial media hesabında Baloğlan Əşrəfov haqqında paylaşım edib. Lakin Nadirin etirafı izləyicilərini şoka salıb:
“Bu da son…Ömürün harada bitəcəyini heç kim bilmir. Allah sizə rəhmət eləsin, Baloğlan müəllim. İtirdiklərimiz qazandıqlarımızdan çox oldu çox…”Məni bu dünyadan aparmaq üçün tufanlı, leysanlı karvan gələcək” səni də apardı, tufanlar, sənətkar. Heç inanmaq istəmirəm, nədənsə. Sizə həsəd aparırdım. Bu fani dünyadan haqq dünyasına gedən qədəmləriniz mübarək. Rahat yat, cənnətlik ol. Sıra məndə, çox yorulmuşam, çox. Cənnətdə görüşərik. Onsuz da yaşamağın mənası yoxdur. Gözlərimizin yaşı heç qurumur”.big.az