Uzun müddətdir misirli sevgilisi ilə gündəmdə olan bloger Şeyma Subaşının ayrılma səbəbləri ilə bağlı iddialar ortaya atılıb.
Hokm.az türk mediasına istinadla xəbər verir ki, evlilik təklifi alan Subaşı ötən gün körpəsinin öldüyünü açıqladıqdan sonra dostları ilə İbiza adasında istirahət edərkən görüntülənib.
Yanında sevgilisinin olmaması və barmağına nişan üzüyünü taxmaması heç kimin diqqətindən yayınmayıb.
Türk mediasında yayılan xəbərlərə görə, Şeyma Subaşı misirli milyarder sevgilisinin onun üçün aldığı hədiyyələrin əslində saxta olduğunu başa düşdükdən sonra münasibətə son verdiyi bildirilib. Körpəsini itirdiyini söyləyən Subaşının əslində abort etdirdiyi də iddia edilib.
Xatırladaq ki, daha əvvəl Məhəmməd Alsalussi ilə bağlı fırıldaqçılıq xəbərləri yayılmışdı.Yenisabah.az