Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Telli Hüseynova seriallara çəkilmək üçün təklif edilən qonorarın məbləğindən gileylənib
Hokm.az xəbər verir ki, o, aktyorlara 30 və 50 manat verildiyini bildirib:
“Elə məbləğ deyirlər ki, evdən çıxmağa dəyməz. Salona heç getməsəm, taksi pulum edir. 28 ildir bu sənətdəyəm. Sizdən heç paltar da istəmirəm. Heç olmasa 100 manat verin. Vermirlər, mən də çəkilmirəm. Buna görə də kimi gəldi çəkirlər. Seriallarımız da buna görə bu gündədir”.qafqazinfo.az