“Səni qadın etdim, gəlinlik geyindirdim” – Dadodan Natavanabackend

“Səni qadın etdim, gəlinlik geyindirdim” – Dadodan Natavana

“Gedirəm uşağı görməyə, çəkiliş edir. Tamaşaçı deyir, barışdırlar. Ətrafımızda elə oyunlar baş verdi. Heç kim barışmayıb. Məhkəməyə vermişəm, qəti qərarımdır. Üç ay müddət veriblər ki, get fikirləş. Qəti fikrimdir, boşanmışıq, bitdi. Heç istəməzdim belə olsun, amma bu yola əl atmağa məcbur etdilər”.

Axşam.az xəbər verir ki, bu szöləri reper Dado müğənni Natavan Həbibi haqda müsahibəsində deyib. Sənətçi keçmiş həyat yoldaşı ilə aralarında yaşananları “Şourum”a açıqlayıb:

“Özümü öldürdüm, nələr etdim, amma gördüm ürəyim ağrıyır, belə ağır günlər yaşamamışdım. 3-4 ay idi uşağımı görmürdüm. Ürəyim partlayır, dözə bilmirəm. Gedirəm görməyə, elə şeylərlə rastlaşıram ki, getməyəcəm. Günü bu gün çağırır, gedək qapısına, gör necə qarşılayırlar. Uşaq mənimdir. Var gücü ilə istəyirlər uşaq atasız qalsın. Onu çox istəyirəm, əlimdən gələni etdim ki, uşağın yanında qalım. Məndən başqa uşağın atalı, analı böyüməsini istəyən yoxdur. Nə Natavan, nə onun evindəkilər uşağın atasıyla böyüməsini istədi.

Hamı hər şeyi görür. İlk uşağım, valideynlərimin ilk nəvəsidir. Mənimlə sənin aranda olan münasibətdir, yazıq baba-nənənin nə günahı? Onun anası qəsdən edir ki, uşaq biz tərəfi tanımasın. Gətirmir, gəlsinlər görsün. Sizin evinizdəkilər isə elə vəziyyət qurmur ki, evinizə qonaq gəlsin. Deyirdim, gətir, qohumum, xalam qızı, əmim, dayım var, görmək istəyir. Uşaq oldu, onu götürdün aradan çıxdın. Hamısı ancaq telefonda görür, belə biabırçılıq olar?”.

Dado bildirib ki, açıqlama verəndə də onu hədələyirlər:

“İstəmirəm məhkəməyə verim ki, uşağı güclə gətirsinlər valideynlərim görsün. Uşaq doğulandan sonra dəyişdi. Sənə gəlinlik geyindirdim, qadın etdim. Özünə sığışdırmırsan ki, atam, anam gəlsin nəvəsini görsün? Aliment məsələsinə gəldikdə, nə qərar verilsə odur. Dünyanı dağıdaram. Alimenti də haqla istəyrlər. Nə mən, nə valideynlərim gedib görə bilir uşağı. Ona görə aliment verəcəm? Heç kimdən qormuram, çəkinmirəm. Nə qədər qorxutsalar da, üstümə adam göndərsələr də dediyimi deyəcəm”.

Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Onların Zeyd adlı bir oğlan övladı var.

  •  (1)
  •  (1)