Müğənni Səməd Səmədov “Baku Tv”-ə müsahibəsində pandemiya dövründən gileylənib.
Hokm.az “Sherg.az”a istinadən xəbər verir ki, toyların yoxluğu ilə yaranan maddi problemlərindən söz açıb:
“Vəziyyət hədsiz dərəcədə faciəvidir. Musiqiçilər zəng edir ki, Səməd müəllim, bu pandemiya dövrü nə vaxt sona çatacaq? Toy yoxdur “zapas” qurtarır. Həyat yoldaşımla bir il bağdan çıxmadıq. Nə qonaq qarşıladıq, nə də qonaq getdik. Övladlarım Rusiyada yaşayırlar. Onlarla internet vasitəsilə danışırdıq.
Qonşu ölkədən toylara dəvət gəlir. Amma uşaqlarım icazə vermirlər. Deyirlər ki, ata, gəlmə. Ümumiyyətlə başqa bir ölkədə yaşamağı heç düşünməmişəm. Keşmişdə İsrailə getmişdim. Yəhudi qardaşlarımız önümə bir çemodan pul qoydular. Dedilər, Səməd, getmə. Bakıda da düşünürdülər ki, Səməd gəlməyəcək, lakin qayıtdım”.
Sənətçi, həmçinin müharibə dövründə hansısa bir yardım etmədiyini söyləyib:
“Lakin illərdir ehtiyacı olanlara köməklik göstərirəm. Məsələn, əksər müğənni əlillər evinin yerini bilmir. Ramanada yerləşir və 25-30 ildir ora yardım göstərirdim. Amma bir dəfə efirdə deməmişəm. Etdiyimiz yardımı Allahdan başqa kimsə bilməməlidir”.