“Ən qorxduğum şey Allaha cavab verməkdir. Həyatdan kiminsə köçdüyünü görəndə, fikirləşirəm ki, bu gün mənim üçün də var. Daimi deyiləm. Mən də öləcəm, Allaha nə cavab verəcəm? Şulux, onun qoyduğu qanunlara cavab verməyən bəndəyəm. Heç vaxt heç kimin haqqına girməmişəm, əzməmişəm. Pislik etməmişəm, amma mənə pislik edəni bağışlamışam. Hər an ölümü fikirləşirəm”.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan “ATV maqazin onlarla” proqramının “33 sual” rubrikasında deyib. Sənətçi rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandırıb.
İfaçı “Maddi dəstəyin hardandır” sözlərinə “Maddi dəstəyim səhnə aldığım yerlərdir. Hansısa kişi gəlsin mənə pul versin? Bəzən olub ki, getdiyim yerdə başıma pul səpiblər. Onda xoşum gəlib” cavabını verib.
Səidə bildirib ki, bir vaxtlar efirə çıxaraq onun haqqında qalmaqallı sözlər deyən nənəsini heç vaxt bağışlamayacaq:
“Doğma evimin içidir, onu bağışlaya bilmərəm”.
Səidə sevgilisindən ayrılmasından, “Ayrı-ayrı” mahnısını ona həsr etdiyini söyləyib:
“Onu yaşamışam. Zaman gəldi ki, oxudum, onunla da hər şey bitdi. Oxuduğum insan var idi, onunla da bitdi. 6-7 illik münasibət həmin nöqtə ilə bitdi. Cəmiyyətimiz bəsdir: el qınağı, müğənnidir. Yaşıyın özünüz üçün. Özüm haqda fikirləşmirəm toy edim, fatada oturum, Səidə toyundur. Keçdi onlar. Seçimimi düz etmirəm, münasibətdə kişini sultan edirəm. İnsanlar elə şey görəndə qudurur”.