Şəbnəmdən Türkana cavab: “Sənin dediyin qiymətə bir saata gedirəm”backend

Şəbnəmdən Türkana cavab: “Sənin dediyin qiymətə bir saata gedirəm”

Müğənni Türkan Vəlizadə “Günə bir şou” verilişində qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Hokm.az teleqraf.com-a istinadən xəbər verir ki, Türkan Vəlizadə Moskvaya toy mərasimlərinə gedən həmkarlarına söz atıb:

“Kim desə ki, Moskvada neçə min dollara toya gedirəm, yalan söhbətdir. Yalan danışırsız! Həddindən artıq az qonarar verirlər. Əvvəl 5000 min dollara gedirdiksə, indi 1000-2000 min dollara gedirik. Sərf etmir”.

Müğənni Şəbnəm Tovuzlu isə Türkan Vəlizadənin fikirlərini səhifəsində paylaşan Tarix(Tolik) Əliyevin paylaşımına cavab verib:

“Mənim gözəl bacım, bunu bura yazmalıyam. Çünki ola bilsin ki, sənin başqalarından məlumatın var. Dediyin məbləğə gedənləri sən də, mən də, Tolik də tanıyır. Mən öz adıma əminliklə deyirəm ki, mənim toy qiymətim sənin dediyin məbləğdən ikiqat üstündür. Bunu sübut etmişəm, edirəm də. Əvvələr Moskvaya toy mərasiminə üç qatına gəlirdik, amma burada tələbat və qiymətin kimə verildiyini hamı bilir. Sözü deyəndə hamıya aid etməyək! Sənin dediyin məbləğə burada bir saata gedirəm!”.

 

  •  (0)
  •  (1)