Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib.
Anara Piriyeva məsələ ilə bağlı axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil: “Onun kimi əxlaqsız biri mənim ailəmin dağılmasına səbəb ola bilməz. Ümumiyyətlə, elə məxluqların heç birinin ailəni dağıtmağa gücü çatmaz. Övladlarımın bir damla göz yaşına belə layiq olmayan məxluqdur o.
10 ildir baş verən hər şey üst-üstə yığıldı. Mənim boşanmağımın tək səbəbkarı Samirdir. Qürurum, onun nankorluğu məni bu səviyyəyə gətirib çatdırdı.
Bu məsələ haqqında çox danışmayacam. Bunu ictimailəşdirməkdə tək məqsədim həmin qadının cəza almasıdır. Hadisə uzun müddətdir baş verib, polisə şikayət etmişəm. Amma hələ də onun cəzalandırılmasına imkan verilmir.
Məqsədim həmin insanın cəzasını almasıdır”.
Qeyd edək ki, Samir və Anara cütlüyünün iki övladı var.
Xatırladaq ki, hadisə iyunun 8-də, saat 12 radələrində baş verib. 27 yaşlı Aynur adlı qadın müğənninin evinə gəlib. O, Samir Piriyevin həyat yoldaşı Anara Piriyevaya hücum edib.