Roza Zərgərliyə VƏZİFƏ VERİLDİbackend

Roza Zərgərliyə VƏZİFƏ VERİLDİ

Müğənni Roza Zərgərliyə yeni fəaliyyətə başlayacağı “Kanal S”də vəzifə verilib.

Hokm.az lent.az-a istinadən xəbər verir ki, sənətçi telekanalın baş prodüseri vəzifəsini icra edəcək.

Sözügedən kanal gələn ay yayıma başlayacaq.

Qeyd edək ki, Roza Zərgərli 8 ildir televiziyada fəaliyyət göstərir. O, “Bakı vaxtı ilə” proqramının aparıcısı və müəllifi olub.

Müğənni hazırda ARB TV-də yayımlanan “Tam vaxtıdır” verilişinin həm aparıcısı, həm də layihə rəhbəridir.

  •  (0)
  •  (0)