“İşləməyi unutmuşam. Sabah konsert, toy olsa, nə geyinəcəyimi bilmirəm. İndi müğənnidən deputatlıq, deputatdan da müğənni kimi səmimilik gözləyirlər. Daha sonra bir sözün ucundan tutub gedirlər. Onsuz da müğənni öz yerindədir, çalıb oxuyacaq. Məmur da öz işini arxada görür. Ən çox əziyyət çəkən xalq oldu. Xanımlar onsuz evdə idilər. Arada uşaqla həyətə düşürdülər. Ona da icazə vermədilər. Ancaq itlə bayıra çıxmağa icazə verdilər”.
Hokm.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “10-da görüşək” proqramında deyib. Müğənni bahalaşmalardan bəhs edib:
“Hamını da təbrik edirəm: suyun da qiymətini qaldırdılar. Arada çay içərik ancaq. Qiymətlər qalxmamışdan əvvəl xeyli su almışdım. Pandemiya bizi öldürmədi, bu məsələlər bizi öldürəcək. Gərək mən də toy qiymətlərini qaldırım (gülür)“.
Röya distant təhsildən gileylənib. O bildirib ki, şagirdlər heç nə öyrənə bilmir:
“Bu il təhsil ümumiyyətlə sıfır oldu. Oğlum hələ də distant təhsil alır. Uşaqlar oxumadı. Müəllim öyrətsə də, altda telefonla oyun oynayır. Bir ili elə-belə yaşadıq. Elə bil ki, oğlum yenidən altıncı sinifi oxuyacaq. Ödənişlər də yerində, heç bir güzəşt edilmədi”axsam.az