Müğənni-bəstəkar Ramal İsrafilov Xalq artisti Röya Ayxanla bağlı sirrləri açıqlayıb.
Hokm.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Söhbətsiz” verilişində danışıb. Ramal bildirib ki, Röya onu dəfələrlə tədbirlərdən uzaqlaşdırıb:
“Röya demişdi ki, mən olan yerdə sən olmayacaqsan. 3 il Röya ilə aramızda mübahisə oldu. O olan yerdə mən olmadım. Amma mən olan toyda Röya olurdu. Gedirdim bütöv toy aparmağa Röya yarım saatlıq gəlirdi, deyirdim buyur.
Elə olurdu ki, çağırırdılar toy danışmağa, deyirdi, Röya ilə aran yoxdu? Deyirdim, niyə yoxdur? Qayıdırdılar ki, Röya dedi Ramal olan yerdə mən yoxam. Deyirdim ki, yaxşı, onda Röyanı çağırın, mən gəlməyim. Amma etmirdilər, deyirdilər, arzumuz sənin toyumuzda olmağındır”.