Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub.
Hokm.az xəbər verir ki, sənətçi bu haqda “Mtv” kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:
“Oğlum otağından zəng vurub dedi ki, “Ana, mənim çox pis ağrılarım var”. Əslində bir-iki gündür deyirdi ki, ağrılarım var.
Fikirləşdim, yəqin, soyuq olub. Həkimə apardıq və bir çox müayinələrdən keçdi. Məlum oldu ki, oğlumda appendisit var. Həkimlər onu əməliyyat etdilər”.baku.ws