Rəqsanə azan sədaları altında ağlayır – Video
Moskvada yaşayan müğənni Rəqsanə İsmayılova canlı yayımda göz yaşlarına hakim ola bilməyib.
Hokm.az 7News.Az-a istinadla xəbər verir ki, “İnstagram”da qızı Aysunla canlı yayıma qoşulan ifaçı azan qoşaraq ağlayıb. Çox yorulduğunu bildirən müğənni dünəndən bəri azana qulaq asdığını deyib: “Dünəndən bəri buna qulaq asıram. O səs elədir ki, insanın ruhuna təsir edir. Ağlamamaq mümkün deyil. Allah tutduğumuz orucları qəbul etsin. Xalqımıza, millətimizə kömək olsun, bu bəladan tezliklə qurtulaq”.
Qeyd edək ki, müğənni Moskvada yüzlərlə azərbaycanlı ailəsinə yardım edib.
Həmin görüntüləri təqdim edirik: