Rəqqasə Oksana Rəsulova “AvtoStop” verilişinin qonağı olub.
Hokm.az xəbər verir ki, o, aparıcı Turalla birlikdə şəhərə çıxaraq əlil arabasında olan vətəndaşların qarşılaşdığı çətinlikləri göstərməyə çalışıb. Oksana bildirib ki, fiziki məhdudiyyətli insanların küçədə hərəkət etmələri üçün küçələrdəki şərait heç də ürəkaçan deyil: “Bu gün “AvtoStop” verilişi İTV- də efirə getdi. Bilirsiniz ki, biz əlil arabalarında şəhərdə gəzintiyə çıxdıq, amma məqsədli şəkildə. Əfsuslar olsun ki, əlil qardaş və bacılarımızın küçədə hərəkət etmələri üçün şərait o qədər də ürəkaçıcı deyil. Allah əlil insanlara can sağlığı versin. Onlar əsla cəmiyyətdən kənar yaşamalı deyillər. Onlara dəstək olmalıyıq.”big.az