Reper Qurd 2-ci dəfə bu xanımla evlənir – Qızın qarşısına ŞƏRT QOYDU – VİDEO
“Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov ailə qurmağa hazırlaşdığı xanım barədə danışıb.
Hokm.az xəbər verir ki, Lent.az -ın canlı yayımında qonaq olan reper toya hazırlaşdığını bildirib:
“Şəxsi həyatım barədə danışmağı sevmirəm. Çünki bunu çox vaxt səhv anlayırlar. Bir dəfə ailəli olmuşam, boşanmışam. İlk evliliyimdən iki uşağım var. Normal insani münasibətlərlə də ayrılmışıq. Boşanandan sonra həyatımda dəyişikliklər oldu. Yenidən nişanlandım, 2-ci dəfə evlənmək fikrim var. Ən vacibi odur ki, insan xoşbəxt olsun. Gələcək həyat yoldaşım musiqi sahəsindədir. O, pianoçudur. Onunla tədbirlərin birində tanış oldum. İnsanın ağlı, tərbiyəsi, davranışı mənim üçün əsas oldu.
Şükür Allaha, belə bir insan tapdım ki, məni anlayır. İkinci həyat yoldaşıma yeganə şərt qoydum ki, övladlarımı qəbul etməlisən. Şükürlər olsun, onlar artıq bir-birlərini tanıyırlar. Ən vacibi onların mehribanlığıdır. Karantinə görə toyumuzun vaxtı uzanır. Çox güman ki, payız və ya yaz aylarında evlənəcəm”.
Qeyd edək ki, Qurd şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb.