Rəhim Rəhimli bayram axşamı “7 Canlı” verilişində qonaq olarkən karantin rejiminin uzadılmasına məyus olduğunu bildirib.
Hokm.az xəbər verir ki, müğənni işsizliyin sənət adamlarını yorduğunu deyib.
“İncəsənət adamları işsiz və səhnəsiz qala bilmir. 1 ildir evdə oturmaqdan tükəndik. İşsizlik belə yordu bizi. 12-ci aydır ki, nə tədbir, nə səhnə, nə konsert, nə toy, nə də bir məclis var. Hər şeydən uzağıq. Bu da biz sənət adamlarını ruhdan salır. Amma yenə də deyirlər ki, qorunun! Qorunun, qorunun! Qorunun deyirsiniz, qorunaq da! Qorunun, dostlar, qorunun!”
Karantinin ən sərt günlərində hamı kimi evə qapanan müğənni, bəstəkar Rəhim Rəhimli etiraf edib ki, pandemiyada mahnı bəstələməsə də, hər kəsi şok edəcək duet oxuyub və həmin duet tezliklə klip halında tamaşaçılara təqdim olunacaq.publika