Ramil Nabranın ailəsinə ağır itki – FOTObackend

Ramil Nabranın ailəsinə ağır itki – FOTO

Repçi Nabil Nabranın ailəsinə ağır itki üz verib.

Hokm.az baku.ws-ya istinadən xəbər verir ki, sənətçinin bibisi nəvəsi Murad uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu haqda repçi özü məlumat verib. Ramil qohumunun vəfatı üçün dərin kədər hissi keçirdiyini dilə gətirib:

“Muradımızı itirdik. Nə qədər çalışsaq da, “Elgizlə izlə” proqramının çəkiliş heyəti də əziyyət çəksə də, doğma qardaşı Sahib qara ciyər donor olsa da, xeyirxah Azərbaycan xalqı onun sağalması üçün maddi yardim göstərsə də, əfsuslar olasun ki, ölüm qalib gəldi.

Allah onun valideynlərinə, biz qohumlarına səbr versin. Gündən-günə saralıb-solan canına şəfa tapmağa çalışdıq. Amma alınmadı. Demək ki bəxti belə imiş. 20-ci baharını görmədən payıza çevrilmək”.

  •  (0)
  •  (0)

!Smartbee

!Smartbee