Tanınmış rəqqasə və aparıcı Fatimə Fətəliyeva sosial media hesabında diqqətçəkən paylaşım edib.
Hokm.azxəbər verir ki, o öz şəklini paylaşaraq, bu sözləri yazıb:
” Mənə elə gəlir ki, hər insan üçün ən vacib şey lazımlı olmaqdır. Birisi üçün vacib olduğunu, kiminsə sənə ehtiyacı olduğunu və səninlə keçirdiyi vaxta dəyər verdiyini hiss etmək.”Darıxıram” sözünü eşitdikdə bu sözlərdə əsl səmimiyyəti hiss etmək. İnanın ki, bu, təkcə tutqun bir qış günündə sizi sevindirib isitməkdən əlavə, həm də irəliləmək və təslim olmamaq üçün güc verə bilər.
Hamımızın lazımlı olduğumuzu bilməyə ehtiyacımız var.Çünki bunu bilib hiss etdikdə, dünya fərqli çalarlarda olur və gecə o qədər də qaranlıq görünmür.Bəzən insanlar hansısa inanılmaz xəzinələrdən daha çox, istiyə və qucaqlara ehtiyac duyurlar. Bir-birinizə istilik bəxş edin, o zaman dünyada hər şeyin öhdəsindən gələ biləcəksiniz” big.az