Xalq artisti Məleykə Əsədova “7 canlı” proqramında qonaq olub
Hokm.az Axşam.az-a istindən xəbər verir ki, aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. O, aparıcı Vüsalə Əlizadənin “Tək səninəm” dediyiniz biri var” sualına belə cavab verib:
“Zamanında olub, indi qızımdır. Sabah nə olacaq bilmirəm, amma mənə lazım deyil, çünki qız övladı böyüdürəm. Böyük danışmayım. Real deyil, həyatım Allahıma və qızıma aiddir. Qızım özüm boydadır, oxuyur. Universitetə daxil olsun. Vaxtım var ki, başqa nəyəsə? Qaçıram harasa. Sevgi ancaq övladıma, Allahımadır. Övladıma düzgün anayam”.
Qeyd edək ki, M.Əsədovanın Gülər adlı qız övladı var.