Qızı Bred Pittin soyadından imtina etdibackend

Qızı Bred Pittin soyadından imtina etdi

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qızı Şaylo atasının soyadını daşımaqdan imtina edib.

Hokm.az qafqazinfo-ya istinadən xəbər verir ki, 14 yaşlı yeniyetmə hətta valideynlərinin davam edən boşanma prosesi fonunda atasının soyadını sosial şəbəkələrdəki gizli profilindən də silib.

Qızının bu hərəkəti Pitt üçün güclü bir zərbə oldub, çünki o, uşaqları arasında aktyora daha yaxın olub.

Xatırladaq ki, cütlük uşaqların qəyyumluq məsələsinə görə məhkəməlik olub. Bildirilir ki, Ancelina məhkəmədə qazanmaq üçün əlindən gələni edir.

Eyni zamanda, Pittin böyük oğlu ilə münasibətləri gərgindir. 2016-cı ildə Pitt və Ancelina arasında yaranan mübahisəyə Maddoks etiraz etmiş, aralarında mübahisə yaranmışdı. Pitt dəfələrlə oğlu ilə münasibətlərini yaxşılaşdırmağa çalışsa da, övladı onu bağışlamayıb. Hətta aralarında indi heç ünsiyyət yoxdur.

Qərb KİV orqanları yazır ki, Bred Pitt uşaqların birgə qəyyumluğunu istəyir, lakin Coli bu cür şərtlərdən məmnun deyil. Görünür ki, onlar üzərində tam nəzarət etmək istəyir. Cütlük ayrıldıqdan sonra uşaqlar analarının yanında qalıblar. Aktyor onları tətildə və həftə sonları görə bilir.

  •  (0)
  •  (0)