“Qardaşım həkim məsuliyyətsizliyindən öldü” – Pərvin Abıyevabackend

“Qardaşım həkim məsuliyyətsizliyindən öldü” – Pərvin Abıyeva

Aktrisa Pərvin Abıyeva illər əvvəl dünyasını dəyişən qardaşından danışıb.

Hokm.az xəbər verir ki, “Özəl” verilişinə qonaq olan sənətçi bu haqda ilk dəfə danışdığını deyib. O bildirib ki, qardaşı həkim məsuliyyətsizliyinin qurbanı olub:

“Ailədə ortancılam. Məndən böyük bir bacım, özümdən altı yaş balaca bir qardaşım var. Bacımdan öncə rəhmətə getmiş bir qardaşım olub. Qardaşım həkim məsuliyyətsizliyi, yanlış vurulmuş iynədən vəfat edib. Anam həmişə deyirdi ki, ona çox oxşayırsan.

Anam məni oğlan kimi böyüdürdü. Bir növ məndə onu görürdü. Anam saçımı özü kəsirdi. Elə bil o saç məni oğlan kimi böyüməyə məcbur edib. Mənim uşaqlığımı xatırlayan insan indi məni görəndə şoka düşür ki, sən oğlan uşağı olmusan”/Axşam.az

  •  (0)
  •  (1)