“Son zamanlar insanların çoxu bir-birlərinə qarşı çox aqressivləşiblər. Elə bil gözləyirlər ki, kimsə bir səhv etsin, müzakirəyə çıxarıb biabır etsinlər. Çoxu tənqid etməyi qəhrəmanlıq hesab edir”.
Hokm.az-ın xəbərinə görə, bunu tanınmış müğənni Nura Suri deyib.
N.Suri qeyd edib ki, bir-birinin fikrinə hörmətlə yanaşmaq, insanları olduqları kimi qəbul etməyi öyrənmək lazımdır: “İçinizdəki neqativ hisslər və dediyiniz sözlər ilk növbədə özünüzü xarakterizə edir və sizə ziyandır. Beyninizə dəyər verin. Necə ki, gözəl görünmək üçün bərbərə gedirsiniz, bahalı paltar alırsınız və s. eləcə də beyninizi gözəl fikirlərlə, sözlərlə doldurun. Qadınlara seksi deməyin. Cazibədar, çəkici, gözəl, qəşəng kimi sözlərlə ifadə edin. Dediyiniz sözlər adiləşdikcə, özünüz də adiləşirsiniz. Kitab oxumaq vacibdir, çünki bəzi sözləri unutmağa imkan vermir. Sözləri unutduqca isə həmin sözlərin mənası da bizə yadlaşır. Sözləri itirdikcə, hissləri də itiririk sanki…”pravda.az