Xəbər verdiyimiz kimi əməkdar artist Mətanət İsgəndərlinin gəlini ilə arasında qalmaqal yaşanır.
Hokm.az xəbər verir ki, Xatun “İnstagram” hesabında həmkarına dəstək postu paylaşıb:
“Mətanət xanım o qədər saf, səmimi, sadə insandır ki, ona görə də onu bax belə incidirdlər. Başına belə işlər gəlir çünki hamıya inanır.İnanın mənə ki, o, bu həyatda çox əziyyətlə çəkib,çox zəhmətkeş insandır. Mən görmüşəm canı ağrıya-ağrıya ordan ora, burdan bura qaçıb. Bütün ailəsinin yükünü onun çiyinlərində olub. Tək başına balalarına hətta bacı, qardaş, ata, ana, qohum əqrəbasına baxıb. İndiki mövcud duruma görə pul qazanmır. Toy yox neyləsin? Bu zəhmətkeş xanım sənətkar necə dolansın? Bu həssas dönəmdə, kasıbçılıqda çıxıb sənətkara, sevimli Mətanət xanımı belə günahlandırmaq olar? Mətanət xanımı gözdən salmaq, onu əsəbləşdirmək, bu ailə söhbətii ictimailəşdirmək özü də belə həssas dönəmdə…Kaş bunu öz aranızda həll edərdiz. Çünki belə bir şəraitdə hamının problemi ola bilər, bunu bu formada danışmaq, müsahibə vermək nə qədər insanlığa sığar?! Pul qazanada yaxşı idi, indi qazanmır deyə onu çıxıb biabır etmək lazımdır? Heyif sizdən Mətanət xanım,sizi sevirəm”.big.az