Prezidentdən vacib addım: əmək kitabçalarına vida –  STM-dən mühüm təklifbackend

Prezidentdən vacib addım: əmək kitabçalarına vida – STM-dən mühüm təklif

Prezident İlham Əliyev kölgə iqtisadiyyatının aradan qaldırılması sahəsində vacib tədbirlər həyata keçirməyə davam edir.

Belə ki, dövlət tərəfindən işəgötürənlərin işinin daha da asanlaşdırılması ilə bağlı davamlı tədbirlər həyata keçirilməkdədir. Onlardan biri də növbəti dəfə izafi xərclərinin aradan qaldırılmasına yönələn addımların atılmasıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bununla bağlı verdiyi açıqlamaya görə yaxın gələcəkdə əmək müqavilələrinin kağız formatı ləğv ediləcək, əmək kitabçaları isə dövriyyədən çıxarılacaq, həmçinin sosial sığorta kartları da elektronlaşacaq. İşəgötürənlərin işini asanladıracaq digər tədbirlər də həyata keçiriləcək.

Qeyd edək ki, dövlətin bu sahədə atdığı addımların davamı kimi Sosial Tədqiqatlar Mərkəzi əmək, məşğulluq, sosial təminat, sosial sığorta sisteminin təkmilləşdirilməsi, əmək qanunvericiliyinin müasir dövrün tələblərinə uyğunladırılması istiqamətində dövlətə müxtəlif sənədlər hazırlayaraq təqdim edib.

Sənədlər içərisində əmək kitabçalarının dövriyyədən çıxarılmasına dair fikirlər də yer alıb. Qurum başqa ölkələrin də praktikasını araşdıraraq müvafiq tövsiyyələr də verib. Misal üçün, Rusiya Federasiyasında əmək kitabçalarının dövriyyədə qalması biznesə hər il 50 milyard rubla, dövlətə isə 12 milyard rubla başa gəlir. Azərbaycan da da əmək kitabçalarının lüzumsuz olaraq dövriyyədə qalması həm biznesi, həm də dövləti əlavə xərclərə getməyə vadar edir. Bununla belə, 2014-cü ildən əvvəl əmək fəaliyyətinə başlayanlar üçün müəyyən hallarda əmək kitabçasının olması lazım gələcək.

Məsələn, iş yerində əmək stajına görə əlavə məzuniyyətin hesablanması, müəyyən peşələri (məsələn vəkil, hakim və s.) tutmaq üçün həmin peşələr üzrə müəyyən olunmuş il sayında stajın olmasını sübut etmək üçün əmək kitabçasının qalması vacibdir. Bu baxımdan əmək kitabçaları ləğv olunmur, yalnız dövriyyədən çıxarılır. Əmək kitabçaları dövriyyədən çıxarılaraq saxlanılmaq və zəruri hallarda istifadə etmək üçün sahiblərinə veriləcək. Sosial Tədqiqatlar Mərkəzi həmçinin əmək kitabçalarının dövriyyədən çıxarılmasının hüquqi nəticələri ilə də bağlı təkliflər hazırlayıb. Belə ki, əmək kitabçasının dövriyyədən çıxarlması üçün Əmək Məcəlləsinin 48, 58, 83,87,172 və 296-cı maddələrinə müvafiq dəyişikliklər edilməli və əmək kitabçasına aid olan müddəalar Məcəllədən çıxarılmalıdır; Nazirlər Kabinetinin1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları” qüvvədən salınmalı və dövriyyədən çıxarlan əmək kitabçalarının statusu ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə başqa qayda müəyyən edilməlidir.

STM Mətbuat Xidməti

  •  (0)
  •  (0)