Prezidentdən 50 minə yaxın şəxsi sevindirəcək SƏRƏNCAMbackend

Prezidentdən 50 minə yaxın şəxsi sevindirəcək SƏRƏNCAM

Prezident İlham Əliyev “Ağstafa və Qazax rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Hokm.az xəbər verir ki, Sərəncamla Ağstafa və Qazax rayonlarının əhalisi 49420 nəfər olan 14 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 16 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,12 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Sıra

№si

Rayonun adı Quyuların sayı, ədəd Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
1. Ağstafa 6 Aşağı Göycəli kəndi 2547
Göycəli kəndi (2 quyu) 2774
Köhnəqışlaq kəndi 698
Tatlı kəndi (2 quyu) 2741
2. Qazax 10 Ağköynək kəndi 3815
Aslanbəyli kəndi 4323
Aşağı Salahlı kəndi 1971
Bala Çaylı kəndi 1240
Cəfərli kəndi 1268
Çaylı kəndi 8069
Daş Salahlı kəndi 10823
Xanlıqlar kəndi 3705
Kəmərli kəndi 3221
Qaymaqlı kəndi 2225
Cəmi: 16 14 49 420

 

  •  (0)
  •  (0)